16 yaşlı oğlan atasının maşınını qaçıraraq aşırdı - Foto

 16 yaşlı oğlan atasının maşınını qaçıraraq aşırdı - Foto

Xızı rayonunun Tıxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Bizim.Media-ya istinadla xəbər verir ki, 16 yaşlı oğlan atasının avtomobilini gizli şəkildə qaçıraraq idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

Həmin vaxt avtomobildə qonşunun 10 və 12 yaşlı iki uşağı da olub.

Qəza nəticəsində yeniyetmə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

16:44 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin