Sağamsa, deməli yalandır - Rəşid Mahmudov təkzib etdi

 Sağamsa, deməli yalandır - Rəşid Mahmudov təkzib etdi

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, paylaşımlarda partlayışın həkimin Badamdarda yerləşən evində baş verdiyi iddia olunub.

Məsələ ilə bağlı açıqlama verən həkim xəbəri təkzib edib:

"Əgər indi diriyəmsə, deməli, xəbər doğru deyil. Belə bir hadisə baş verməyib, yazılanlar yalandır".

14:56 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin