Başçının müavini sadə vətəndaş kimi nazirin qəbulunda - Foto

 Başçının müavini sadə vətəndaş kimi nazirin qəbulunda - Foto

Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin Naxçıvan şəhərində keçirdiyi vətəndaş qəbulu maraqlı məqamla yadda qalıb.

Asayis.az ANZ.az-a istinadla xəbər verir ki, görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova da olub.

G.Orucova qəbulda sadə vətəndaş qismində iştirak edib.

Mənbənin yazdığına görə, əvvəllər təhsil sahəsində çalışmış Gülxanım Orucova nazirə müraciəti zamanı yenidən bu sahədə fəaliyyət göstərmək istədiyini bildirib.

Gülxanım Orucovanın müraciətinə nazir tərəfindən hansı cavabın verildiyi hələ ki məlum deyil.

15:48 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin