Bakının məşhur dairəsində tıxac olmayacaq - Video

 Bakının məşhur dairəsində tıxac olmayacaq - Video

Paytaxtın Həsən bəy Zərdabi prospekti, "Qələbə" dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun "20 Yanvar" stansiyası istiqamətindən "Qələbə" dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.

Qeyd olunub ki, mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.

Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd "L" və "A" tipli olmaqla piyada və nəqliyyat bölməli işıqforlar quraşdırılaraq istifadəyə verilib.

Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

10:22 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin