Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batdı - Video

 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batdı - Video

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Asayis.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

14:36 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin