Qəbələdə dava: həmkəndlisinin qulağını dişləyərək qopardı

 Qəbələdə dava: həmkəndlisinin qulağını dişləyərək qopardı

Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, kənd sakini, R.M. münaqişə zəminində həmkəndlisi, A.A.nın sol qulağını dişləyərək qoparıb.

Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb.

R.M. saxlanılıb.

Araşdırma aparılır.

13:22 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin