Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü - Foto

 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü - Foto

Gürcüstanda 31 yaşlı azərbaycanlını elektrik cərəyanı vurub.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsi qeydə alınıb.

Hadisə zamanı 31 yaşlı Əmrah Kazımov həyatını itirib.

Faciə ötən gün Uzuntala kəndində qeydə alınıb. Usta işləyən Əmrah Kazımov talvarın üzərinə dam örtüyü vurduğu zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.

Nəticədə onu elektrik cərəyanı vurub və hadisə yerində vəfat edib.

09:10 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin