İSF-nin xərcləri 319 milyon 200 min manat olacaq

 İSF-nin xərcləri 319 milyon 200 min manat olacaq

Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Asayis.az xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində proqnozlaşdırılır.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

16:34 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin