Rus dilində təhsil dövlət büdcəsindən maliyyələşdirilməsin!

 Rus dilində təhsil dövlət büdcəsindən maliyyələşdirilməsin!

Bu gün Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, milli kimlik, milli ideologiya təhsildə formalaşır:

“Bir şagirdin dövlət büdcəsinə illik xərci 2 min manatdır. Azərbaycanda ingilis və ya Çin dilində dövlət hesabına təhsil alan şagirdlər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir. Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir".

15:50 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin