Bəzi şəxslərə 1000 manatadək kompensasiya veriləcək

 Bəzi şəxslərə 1000 manatadək kompensasiya veriləcək

Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müayyənləşib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Belə ki, bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 000 manatdan yuxarı olmamaqla müəyyən ediləcək.

10:00 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin