Sumqayıtda qadın binadan yıxılıb.
Asayis.az Lent.az-a istinadla xəbər verir ki, İlhamə Məmmədova yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
