Qara dənizdə Bolqarıstanın müstəsna iqtisadi zonasında “GAS HUSKY” adlı qaz daşıyan gəmi batıb.
Asayis.az xəbər verir ki, bu barədə Maritime.bg portalı məlumat yayıb.
Bildirilib ki, gəmi ötən gecə radarlardan itib. Bu gün səhər isə gəmidən siqnal daxil olub.
Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi sahildən təxminən 50 dəniz mili məsafədə içərisində insanların olduğu xilasedici sal aşkarlayıb.
Hadisə bölgəsinə helikopterlər göndərilib. Ekipaj üzvlərinin xilas edilməsi əməliyyatı davam etdirilir.
