"İnfiniti" aşdı: ölənlər var

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.

Asayis.az Report-a istiandla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, "İnfiniti" markalı avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində maşında olan Naftalan şəhər sakinləri Tural Əliyev və Pəri Məstəliyeva aldıqları xəsarətlərdən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

14:06 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin