Neftçalada quldurluq edənlər saxlanıldı - Foto

 Neftçalada quldurluq edənlər saxlanıldı - Foto

Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11000 manat pulun talanması barədə polisə məlumat daxil olub.

DİN-dən Asayis.az-a verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

14:02 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin