Bakıda gənc oğlan bıçaqlanıb.
Asayis.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Amin Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
