VAZ-2107 "KamAZ"la toqquşdu: ölən var

 VAZ-2107

Siyəzəndə avtomobilin "KamAZ"la toqquşması nəticəsində bir nəfər ölüb.

Asayis.az xəbər verir ki, Xanqulu Əlbaba oğlu Ağayev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə hərəkətdə olarkən Mehrac Balaqardaş oğlu Bayramovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Ə. Ağayev xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

10:08 - 17 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin