Azərbaycanda icra başçısı cərimələndi

 Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub.

Asayis.az Xitab24.az-a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.

Əlavə edək ki, bu maddətinin tələblərini pozan vəzifəli şəxslər 1200-2500 manat məbləğində cərimə olunurlar.

Xatırladaq ki, V.Zeynalov 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.

13:56 - 27 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin