İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Asayis.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.

18:44 - 21 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin