Onların proqnozları həmişə düz çıxıb - İsa Həbibbəyli

 Onların proqnozları həmişə düz çıxıb - İsa Həbibbəyli

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ ilə bağlı bu günə qədər verdiyi proqnozlar düz çıxıb.

Asayis.az xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda keçirilən konfransda çıxışında deyib.

O, həmçinin bildirib ki, Azərbaycanda zəlzələ xofunun, süni ajiotajın aradan qaldırılması baxımından Qurban Yetirmişlinin də əməyi var: "Mən onun proqnozlarına inanıram".

Akademik vurğulayıb ki, dünyada heç bir seysmoloji xidmət mərkəzi baş verəcək zəlzələ barədə bir dəqiqə əvvəldən xəbər verə bilmir.

12:28 - 20 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin