Bütün vergilər ləğv edilir - Əfqan nazir

 Bütün vergilər ləğv edilir - Əfqan nazir

Əfqanıstanda ölkəni təbii sərvətlər və ticarət hesabına maliyyələşdirmək planlaşdırılır.

Bunu Əfqanıstanın naziri şeyx Məhəmməd Nadim deyib. O, hazırda 0,3 faiz təşkil edən gəlir vergisini tamamilə ləğv etmək üçün əhalidən hakimiyyətə bir qədər vaxt verməsini xahiş edib.
⠀
Onun sözlərinə görə, rəsmi dairələr gələcəkdə vergilərdən ümumiyyətlə imtina etməyi planlaşdırır:

“Əgər ölkənin bütün xərclərini faydalı qazıntıların hasilatı, sənaye və ticarətdən əldə olunan gəlirlər hesabına ödəmək mümkün olarsa, biz vergilərin bütün növlərini ləğv edəcəyik”.

 

23:23 - 20 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin