Kiyevə dron hücumu: Azərbaycan vətəndaşı yaralandı

 Kiyevə dron hücumu: Azərbaycan vətəndaşı yaralandı

Ukraynanın paytaxtı Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, həmin şəxs 1994-cü il təvəllüdlü Şəhriyar Nazim oğlu Hüseynovdur.

O, oktyabrın 20-də Kiyevin Çaban ərazisinə Rusiya ordusunun dron hücumları zamanı yaralanıb.

Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

14:22 - 20 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin