Masazırda ağır qəza: ölən var

 Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb.

Asayis.az xəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

09:36 - 21 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin