Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı

 Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə Tiktoka çıxış məhdudlaşdırılıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

12:10 - 21 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin