“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək - Foto

 “Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək - Foto

"Barselona" PSJ azarkeşlərinin nümayiş etdirdiyi xoreoqrafiyaya görə Fransa təmsilçisindən UEFA-ya şikayət edəcək.

Asayis.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Avropa futbolunun iki nəhəngi arasında keçirilən qarşılaşma zamanı PSJ azarkeşləri "Texasda zəncirli mişarla qırğın" (The Texas Chain Saw Massacre) filminə istinad edən xoreoqrafiya nümayiş etdiriblər və həmin xoreoqrafiyada "Parissayağı qətliam" yazısı olan pankart da yer alıb.

Nümayiş olunan xoreoqrafiyada PSJ forması geyinmiş bir azarkeşin mişarla "Barselona"nın loqosunu kəsməsi təsvir olunub.

Qeyd olunub ki, "Barselona" rəhbərliyi məhz bu nümayişə görə Paris klubundan UEFA-ya rəsmi şikayət ünvanlayacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində baş tutan qarşılaşmada PSJ öz meydanında "Barselona"ya 4:2 hesabı ilə qalib gəlib.

14:04 - 21 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin