Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

 Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.

Asayis.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 19-da Valeh Ələsgərovun 80 yaşı tamam olacaq.

15:46 - 17 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin