Şıxlinskinin rəhbəri olduğu diaspor təşkilatı ləğv edildi

 Şıxlinskinin rəhbəri olduğu diaspor təşkilatı ləğv edildi

Rusiya məhkəməsi Yekaterinburqdakı "Azərbaycan-Ural" diaspor təşkilatını ləğv edib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, "Azərbaycan-Ural" milli mədəni təşkilatının ləğv edilməsi barədə qərar Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində yerləşdirilib.

Qeyd edək ki, təşkilat rəsmi olaraq 2023-cü ilin yanvar ayında qeydiyyata alınıb. Onun təsisçisi Şahin Şıxlinski Yekaterinburqda və Rusiyanın Sverdlovsk vilayətində yaşayan həmvətənlərimizə yardım və dəstək göstərmək üçün birlik yaradıb.

2025-ci ildə Rusiyada Azərbaycan diasporuna hücumlar zamanı Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb.

2026-cı ilin aprelində Şahin Şıxlinski sifarişli qətllərin təşkili və hüquq-mühafizə orqanı əməkdaşına güc tətbiq etmək ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə həbsə göndərilib.

13:04 - 16 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin