Baş nazirdən yeni qərar...

 Baş nazirdən yeni qərar...

Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində Günəş elektrik stansiyalarının tikintisinə icazə alınması 1 il müddətinə uzadılıb.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verdikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

20:02 - 15 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin