Azərbaycan qırıcıları havaya qaldırdı - Video

 Azərbaycan qırıcıları havaya qaldırdı - Video

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.

Bu barədə Asayis.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

15:10 - 17 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin