Biləsuvarda minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
