Goranboyda güllələnmə hadisəsi baş verib.
Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonunun Bağçakürd kəndində qeydə alınıb.
Belə ki, 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi 1952-il təvəllüdlü Qələndər Muradovu qətlə yetirib.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.
O. Həsənovun əqli qüsurlu olduğu bildirilir.
