"20 Yanvar" dairəsində yenilik olacaq - Video

Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq.

Asayis.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verilişində bildirib.

Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır:

“Aparılan təhlillərə, əsasən gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır”.

09:38 - 17 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin