52 nəfər Avropadan Azərbaycana gətirilib

 52 nəfər Avropadan Azərbaycana gətirilib

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.

Asayis.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.

20:12 - 16 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin