Makiyaj edib dərsə gələn şagirdin atası həbs edildi

 Makiyaj edib dərsə gələn şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.

O, polis tərəfindən saxlanılaraq həbs edilib.

17:22 - 15 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin