“Kontakt”dan ad günü sürprizi: kontakt.az-da yenilik var!

 “Kontakt”dan ad günü sürprizi: kontakt.az-da yenilik var!

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən “Kontakt” ad günü ərəfəsində onlayn alış-veriş platforması olan kontakt.az saytını yeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır.

Bu, kontakt.az-ın indiyədək ən böyük yenilənməsidir. Müştərilərin saytdan necə istifadə etdiyi araşdırılıb, sorğular və testlər keçirilib. Alış prosesi başdan sona yenidən qurulub. Dəyişikliklər dünyada onlayn alış-verişin inkişaf istiqamətlərinə uyğun hazırlanıb. Kontakt.az həm telefonda, həm də kompüterdə rahat istifadə olunur.

Yeni menyu axtarılan məhsulu tapmağı asanlaşdırır. Video icmallar məhsulla yaxından tanış olmağa və seçim etməyə kömək edir. Əsas xüsusiyyətlər, qiymət və hissəli ödəniş şərtləri aydın göstərilir. Modelləri və taksit kartlarının təkliflərini müqayisə etmək mümkündür. Məhsulun hansı mağazada olduğu və sifarişin haradan götürülə biləcəyi də görünür.

“Kontakt”ın baş direktoru Həsən İsrafilzadə bildirir:

“Azərbaycanda onlayn alış-veriş böyüyür və “Kontakt” bu inkişafın önündə gedən şirkətlərdən biridir. Bu mövqeyi qorumaq üçün müştərilərin gözləntilərinə cavab verməli, bəzən isə gözlədiklərindən də yaxşısını təklif etməliyik. Yenilənmiş sayt üzərində 10 ay işləyərkən hər detalı bu baxışla qiymətləndirmişik. Bizim bəyəndiyimiz həllin müştəri üçün də rahat olduğuna əmin olmaq vacib idi. Bunun üçün həm dünyadakı yenilikləri izlədik, həm də öz müştərilərimizi dinlədik.”

Ödəniş üçün də bir neçə seçim var. Alışı hissələrə bölmək və krediti onlayn rəsmiləşdirmək mümkündür. Bank kartı, taksit kartı və Apple Pay ilə həm saytda, həm də sifarişi kuryerdən alarkən ödəniş etmək olar. Nağd ödəniş isə sifarişi qəbul edərkən edilir.

Kontakt.az-dan onlayn sifarişlərdə pulsuz çatdırılma imkanı var. Əsasən smartfonları əhatə edən seçilmiş məhsullar isə 2 saata pulsuz çatdırılır. Şərtlərə uyğun istifadə edilmiş məhsulları 7 gün ərzində dəyişmək mümkündür. Bu imkan əsasən məişət texnikasına aiddir. Onlayn alınmış məhsullar qablaşdırması zədələnmədikdə, qaytarma şərtlərinə uyğun olaraq 30 gün ərzində geri qaytarıla bilər.

Eyni məhsul başqa rəsmi dilerdə daha ucuz olduqda, müvafiq şərtlərlə qiymət fərqinin 120%-i qaytarılır. “Kontakt” bütün brend və tərəfdaşlarla rəsmi əsaslarla əməkdaşlıq edir. Məhsullar rəsmi zəmanətlə təqdim olunur.

Yenilənmiş sayt və xidmətlərin şərtləri ilə kontakt.az ünvanında tanış olmaq mümkündür.

10:50 - 15 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin