Türkiyəli generala hərbi əməkdaşlıq medalı təqdim olundu

 Türkiyəli generala hərbi əməkdaşlıq medalı təqdim olundu

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə" medalı təqdim edilib.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M.Güraka təqdim edib.

23:16 - 8 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin