Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrıldı

 Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrıldı

BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.

Asayis.az Yurd.Media-ya istinadla xəbər verir ki, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.

Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

17:30 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin