Abşeronda toyda kütləvi dava - Bir nəfər ölüm ayağındadır

 Abşeronda toyda kütləvi dava - Bir nəfər ölüm ayağındadır

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Şah Sarayı” şadlıq evinin qarşısında kütləvi dava düşüb.

Asayis.az Bakupsot.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb.

Məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib.

Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hazırda onun koma vəziyyətində olduğu bildirilir.

16:10 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin