Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa olundu

 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa olundu

Vergi borcları olan daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Asayis.az Lent.az-a istinadla xəbər verir ki, “Nurdash” və “Eurostone” şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 134 min 441 manat vergi borcları yaranıb. Ancaq bu borclar vaxtında aidiyyəti üzrə ödənilməyib.

Borcların ödənilməsi ilə bağlı şirkətlərə dəfələrlə bildirişlər göndərilib. Lakin yenə ödənişlər yerinə yetirilməyib. Nəticədə son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətlərin rəhbəri qarşısında iddia qaldırıb.

İddiada qeyd olunan ödənişlər yerinə yetirilməyənədək şirkətlərin rəhbəri, 39 yaşlı Bəhruz Nuriyevin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

Məhkəmə vergi idarəsinin iddiasını təmin edib. Qərara əsasən, “Nurdash” və “Eurostone” şirkətlərinin 134 min 441 manat vergi borcları ödənilənədək onların rəhbəri B. Nuriyevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, adı çəkilən şirkətlər tikinti materiallarının satışı ilə məşğul olur.

19:18 - 3 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin