Rusiyada azərbaycanlı kişi bıçaqlanıb.
Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 1-i axşam saatlarında, paytaxt Moksvanın “Lubyanka” metro stansiyasının yaxınlığında, Nikolskaya küçəsində yerləşən restoranda qeydə alınıb.
Məlumata görə, təxminən saat 22:45-də iki kişi arasında mübahisə yaranıb. Münaqişə nəticəsində tərəflərdən biri digərinə bıçaqla zərbə endirib.
Sonradan məlum olub ki, azərbaycanlı kişi qardaşı ilə birlikdə restoranda istirahət edirmiş. Bu zaman obyektdə olan yan masadakı 4 nəfər həmyerlilərimizin səs tonunu “bəyənməyiblər”. Onlar beləcə küçədə qardaşların restorandan çıxmasını gözləyiblər.
Qeyd olunur ki, həmin 4 nəfərin yüksək səs tonu barədə həmyerlilərimizə iradına görə mübahisə yaranıb. Mübahisə də qısa müddətdə dava-dalaşa çevrilib.
Dava zamanı qarşı tərəfdəki kişilərdən biri bıçağa əl atıb və 35 yaşlı azərbaycanlıya 3 dəfə zərbə vurub. Zərbələrdən biri qarın nahiyəsinə dəyib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
