Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı

 Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub.

Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı.

Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk edib.

09:44 - 25 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin