8 ayda ödənilən pensiyanın məbləği...

 8 ayda ödənilən pensiyanın məbləği...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.

Asayis.az xəbər verir ki bu barədə nazirlik məlumat yayıb.

O cümlədən, 8 ayda

· pensiyalar üzrə 5 milyard 222 milyon manat,

· müavinətlər üzrə 961 milyon manat,

· təqaüdlər üzrə 542 milyon manat,

· ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.

Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.

11:48 - 24 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin