Azərbaycanda ər arvadını bıçaqladı

 Azərbaycanda ər arvadını bıçaqladı

Ağcabədi rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndində baş verib.

Kənd sakini Məhəmmədəli Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səbinə Cəfərovanı bıçaqlayıb.

O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma aparılır.

15:12 - 24 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin