Bu il başlayan yeni tədris ilində 121 642 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq.
Bu barədə Asayis.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkənin ümumi təhsil müəssisələrində 123 min 856 nəfər müəllim işləyib.
