Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

 Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı saytımıza təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.

15:02 - 15 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin