Məhkuma göndərilən bağlamada narkotik aşkarlandı

 Məhkuma göndərilən bağlamada narkotik aşkarlandı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb.

Bu barədə Asayis.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə aşkarlanan narkotik vasitələr 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin olub.

Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

15:36 - 15 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin