Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var

 Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E.Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.

Məlumata görə, hadisənin törətməkdə şübhəli bilinən şəxs əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

10:02 - 9 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin