"Şəki Yaylası"nda ölən Ucal bu agentliyin əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, əyləncə qurğusunun trosunun qırılması nəticəsində ölən Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.

Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

10:12 - 9 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin