Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

 Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Azərbaycanın və Qarabağın simvollarından biri olan Xarıbülbül İğdırda zərgərlik nümunəsində öz əksini tapıb.

Asayis.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “İğdır Aktüel” məlumat yayıb.

Bildirilib ki, sözügedən simvoldan istifadə edilərək hazırlanan qızıl boyunbağılar qadınların böyük marağına səbəb olub.

Məlumata görə, İğdırda Xarıbülbül simvolu müxtəlif sahələrdə — döş nişanlarından əl işlərinə, indi isə zinət əşyalarına qədər — istifadə olunmağa davam edir.

“Xarıbülbül boyunbağılar həm mənası, həm də görünüşü ilə diqqət çəkir. “Karabatak” boyunbağısından sonra bu zinət əşyaları İğdırda maraqla qarşılanır”, – deyə qeyd edilir.

14:34 - 9 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin