Kanat qəzası ilə bağlı detallar: hadisədən 4 gün öncə... - Video

 Kanat qəzası ilə bağlı detallar: hadisədən 4 gün öncə... - Video

Ötən gün “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı yeni detallar üzə çıxıb.

Asayis.az xəbər verir ki, hadisə şahidi Bakupost.az-a qəzanın onun kanata minməsindən təxminən 5 dəqiqə sonra baş verdiyini bildirib.

Şahidin sözlərinə görə, o, hadisədən 4 gün əvvəl sentyabrın 4-də də ərazidə olub. Həmin vaxt ona kanatın təmirdə olduğu deyilib.

“Bizə dedilər ki, "Mega" kanat təmirdədir, ona görə minə bilmədim. Sentyabrın 8-də isə kanat açıldı. Mən kanata mindikdən 5 dəqiqə sonra bu hadisə baş verdi. Bəs bunu necə təmir ediblər ki, belə hadisə baş verdi? Kanat niyə düzgün təmir olunmayıb?” - deyə şahid bildirib.

O həmçinin qeyd edib ki, ərazidə kiçik kanatın qiyməti 5 , böyük kanatın 15, “Mega" kanatın isə 20 manatdır.

Xatırladaq ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisədən əvvəl ərazidə çəkilən videonu təqdim e

12:26 - 9 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin