Anar Bayramov bu xanımı özünə müşavir təyin etdi

 Anar Bayramov bu xanımı özünə müşavir təyin etdi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə Asayis.az-a qurumdan məluma verilib.

Qeyd edək ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub. Peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb.

Bu təyinatadək "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

14:26 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin